“Komandada yorğunluq hiss olunurdu. Ruslan Tağızadə gəncdir, müdafiədə müdafiəçi kimi oynamaq lazımdır. Juniorun əvəzlənməsi oyun planlarımızı pozdu".
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
"Təyyarəçilər"in çalışdırıcısı "Bakı" məğlubiyyətini (0:2) dəyərləndirərkən daha sonra bunları deyib:
"İlk hissədə qol buraxmasaydıq, ikinci hissədə daha yaxşı oynaya bilərdik. Hücumlarımızı yaxşı təşkil edə bilmirik, oyunumuzda müəyyən çatışmazlıqlar var, bunları birdən həll etmək olmur”
