Azərbaycan kubokunun 1/8 final mərhələsinin yunları çərçivəsində AZAL doğma meydanda “Simurq”a 0-1 hesabı ilə məğlub oldu.
Korner.az-ın məlumatına görə, "təyyarəçilər"in baş məşqçisi məğlubiyyətə baxmayaraq yaxşı oynadıqlarını bildirib:
“AZAL və “Simurq” komandalarının oyunları həmişə çətin keçir. Yaxşı oynadıq, komandamda futbol adına hər şey gördüm, təəssüf ki, qol vura bilmədik. “Simurq” əbəs yerə birinci yerdə olmadığını sübut elədi”.
