AZAL-n baş məşqçisi Vaqif Sadıqov klubun rəsmi saytına “Rəvan”la sabahkı oyun haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəqib haqda aşağıdakıları deyib:
”Rəvan”ın “Qəbələ” ilə səfər oyununa baxdım. Deyə bilərəm ki, bu komandanın heyətində yer alan hər bir futbolçu nə etdiyini bilir. Görünür ki, biz yaxşı formalaşmış komandaya qarşı mübarizə aparacağıq. Bizi çox ağır oyun gözləyir. Biz bu oyuna ciddi hazırlaşırıq. Düzdü, heyətdə itkilər var. Şemonayev cəza, Xuan və Samuel Barlay isə zədə səbəbindən oynamayacaqlar. Bütün bunlara rəğmən sabah qələbə üçün meydançaya çıxacağıq”.
