Topaz Premyer Liqasının VIII turunda “Rəvan”ın qonağı olub qolsuz bərabərliklə 1 xal qazanan AZAL-ın baş məşqçisi Vaqif Sadıqov oyun sonrası fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Sadıqov, komandasının oyunundan razı qalıb.
O, bərabərliyin ədalətli nəticə olduğunu deyib. Təcrübəli mütəxəssis həmçinin 4 gün sonrakı “Simurq” oyununun da çox çətin keçəcəyini vurğulayıb.