"Bu gün iki komanda oynadı, biri qollar vurdu"
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Neftçi" – AZAL oyunundan sonra bildirib.
"Böyük məqsədlər üçün çarpışan komandanın belə bəsit qollar buraxmasl ayıbdı. Mən oyundan sonra qapıçımıza da dedim. Biz sanki qapıçısız oynadıq. Bəlkə də qapıçısız oynasaq daha az top buraxardıq. Belə olmaz. Belə futbol oynamazlar!"
