“Oyunun çox ağır keçəcəyini biliridk. Hər iki komanda üçün həlledici oyun idi. Turnir cədvəli göstərir ki, hər iki komandada həm irəliləyiş, həm də eniş ola bilər. Qol imkanlarımız oldu, fikrimcə, heç-heçə oyunun ədalətli nəticəsidir. Bilirdik ki, hücum xətti fəal olan bir komandaya qarşı mübarizə aparacağıq. İlk hissədə müdafiədə buraxdığımız kobud səhvlər bizi ağır vəziyyətə salmışdı. AZAL komandasının ruhu var, bugünkü oyunda biz bunu bir daha sübut etdik. Ruslan Məcidovun çıxışı məni qane edir, ona görə onunla davam edirik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyun sonrası AZAL-ın baş məşqçisi Vaqif Sadıqov səsləndirib.
Qeyd edək ki, oyun 2:2 hesabı ilə nəticələnib.