Azərbaycan kubokunun 1/8 finalında AZAL-la qarşılaşan “Qarabağ” ilk hissəsi qolsuz başa çatan oyunun taleyini ikinci hissədə həll edib.
Korner.az-ın məlumatına görə, əvəzetmədən oyuna daxil olan Reynaldonun vurduğu yeganə qol Ağdam təmsilçisinə 1/4 finala vəsiqəni təmin edib.
Vaqif Sadıqov: “Qalib gəlmək üçün oynayırdıq. “Qarabağ” səviyyəli komandadır. Azlıqda qalana qədər çox yaxşı oynadıq. Fikrimcə, oyunçumuz simulyasiya etməmişdi. Hər yıxılma epizoduna simulyasiya demək olmaz”.
Qurban Qurbanov: “AZAL güclü komandadır, çətin oyun oldu. Sona yaxın Reynaldonun baxımlı qolu ilə qələbə qazandıq. AZAL-a qarşıdakı çempionat oyunlarında uğurlar arzulayıram. Əgər vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdır. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim, çünki, bunu gözləyirdim”.
