“Qəbələ” elə komanda deyil ki, AZAL-a onu 6 xal qabaqlamağa imkan versin”
Korner.az-ın məlumatına əsasən, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
“Bizim üçün həlledici oyun idi. “Qəbələ” elə komanda deyil ki, AZAL-a onu 6 xal qabaqlamağa imkan versin. Çempionatdakı fasilə zamanı daha çox standart vəziyyətlər üzərində çalışmışdıq. Rəqibin hücum xətti çox güclüdür, hətta azlıqda qalandan sonra da biz bundan istifadə edə bilmədik. Erkən qol vurub iki top buraxdıq. Artıq “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq”.
