Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş AZAL – “Sumqayıt” matçından sonra komandaların baş məşqçiləri matçla bağlı fikirlərini bildiriblər.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Komandam sona kimi oynadı, buna görə futbolçularıma təşəkkür edirəm. Bir səhvdən qapımızda qol gördüyümüzə üzülürəm”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Futbolçularımdan razı qaldım. Həmişə son dəqiqəyədək mübarizə aparmışıq. Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Rəqib bu gün yaxşı oynadı. “Sumqayıt” gələcək üçün böyük potensialı olan komandadır”.
