Türkiyə kubokunun qrup mərhələsində 4-cü turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Vaqif Cavadov və Ufuk Budakın şərəfini qoruduğu “Gaziantep BB” doğma meydanda millimizin digər futbolçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”la qarşılaşıb. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
