Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun Türkiyənin “Boluspor” klubuna keçidi rəsmiləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qaziantep BB” klubundan qarşılıqlı razılıq əsasında ayrılan V.Cavadov “Boluspor”la yeni müqavilə imzalayıb.
25 yaşlı futbolçu mövsümün sonuna qədər Bolu təmsilçisinin şərəfini qoruyacaq.
