Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov karyerasını "Keşlə"də davam etdirəcək. Komanda artıq oyunçu ilə razılaşıb.
Bu barədə korner.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Təcrübəli futbolçunun keçidi yaxın günlərdə rəsmən elan olunacaq. Müqavilənin müddəti 6 ay olması nəzərdə tutulub. Vaqif Cavadov mövsüm sonuna qədər komandada oynayacaq. Özünü yaxşı tərəfdən göstərəcəyi halda yeni müqavilənin olması da istisna edilmir.