Futbol

Vaqif Cavadov: “Hələ hərşey qabaqdadır”

11.02.2018 , 13:02

Bu gün ölkə çempionatının XV turu çərçivəsində, "Səbail" "Keşlə" komandaları üz-üzə gəldi. Oyun 1-1 hesabla nəticələndi. 

Oyundan sonra "Keşlə"nin futbolçusu Vaqif Cavadov jurnalistlərə açıqlama verib: 

 

– Nəticədən razı qaldınızmı? 

– İstərdik ki, qalib gələk. Hər iki komanda istəyərdi. Birinci oyunumuzdu. Dünənki oyunlar da heç-heçə ilə nəticələndi. İlk oyunlar həmişə gərgin olur. Yəqin sonrakı oyunlarda hər şey qaydasına düşəcək. 

– Özünü nə dərəcədə hazır hiss edirsən?

– Məqşlər edirik, baş məşqçi də hər şeyi görür. Yəqin ki, hər şey yaxşı olacaq. 

– Uzun müddət fasilədən sonra meydana çıxdın. Azərbaycan çempionatı üçün darıxmısanmı?

– Darıxmışam. Hələ hər şey qabaqdadır. 

– Oyuna ehtiyatdan daxil oldun. Bu, fiziki vəziyyətinlə bağlıdır? 

– Xeyir, heç bir aidiyyatı yoxdur. 

Son yazılar

Yuxarı