"Antalyada hazırlığımız yaxşı gedir. Hər şey qaydasındadı. Komanda daxili ab-hava yaxşıdı. Məşqlərimiz də, yaxşı gedir".
Bu sözləri Korner.az saytına açıqlamasında millimizin və "Qarabağ"ın hücumçusu Vaqif Cavadov deyib. Ağdam klubunun futbolçusu komandaya qoşulan yeni futbolçulardan danışaraq, çempionl olmaq istədiklərini bildirib:
"Komandaya qoşulan yeni futbolçular özünü yaxşı tərəfdən göstərə bilir. İnanıram ki, onlar "Qarabağ"a xeyir verəcək. Onlara uğurlar arzu edirəm. Əsas "Qarabağ"ın çempion olmasıdı. Bizim üçün mövsümü lider bitirmək, çempion olmaq uğur sayılacaq. Hədəfimiz çempionluqdu".
