Türkiyə kubokunun 2-ci mərhələsinin oyunları keçirilib. Millimizin iki üzvü Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geyindiyi “Qaziantepspor” səfərdə aşağı liqa təmsilçisi “Anadolu Selçukspor”la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, meydan sahibləri 29-cu dəqiqədə hesabı açsa da, 53-cü dəqiqədə meydana ikinci hissədə daxil olan Vaqif Cavadov bərabərlik qolunu vurub, bu qodan bir qədər sonra 71-ci dəqiqədə Hacıyev komandasının qələbə topuna imza atıb.
2:1 hesabı ilə qalib gələn “Qaziantep BŞBspor” növbəti mərhələyə yüksəlib.
