Bu mövsüm “Sauthempton”dan “Mançester Yunayted”ə transfer olan Luk Şou hələ tam hazır vəziyyətdə deyil.
Korner.az xəbər verir ki, bu sözlər “qırmızı şeytanlar”ın hollandiyalı çalışdırıcısı Lui van Qala aiddir.
O bildirib ki: “Luk Şou yaxşı futbolçudur. Amma hələ istədiyim fiziki səviyyəyə çatmayıb. Bütün futbolçularımı əla vəziyyətə gətirmək üçün çalışıram”.