“Mançester Yunayted” heyətini gücləndirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın əsas hədəfi “Fiorentina” klubunda top qovan Federiko Bernardeskidi.
Mankunyanlar italyan klubuna rəsmi təklif göndərib. Keçidin dəyəri 28 milyon avro olacağı iddia olunur.
Bernardeski hazırda “buzovlar ölkəsi”nin “Kroton” klubunda icarə əsasında oynayır. Bu klubda 39 matçda oynamaq şansı əldə edib və cəmi 12 qol ilə yadda qalıb
