“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal transferlərlə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis gözlənilən futbolçuları heyətə cəlb etmədiyi üçün edilən tənqidlərə münasibət bildirib. Van Qal bunları dilə gətirib:
“İki həftə əvvəl “Mançester Yunayted”in kralı idim, indi isə şeytanı oldum. Ander Herrera, Lyuk Şou, Markos Roxonu heyətimizə cəlb etdik. Onları Dieqo Kosta, Toni Kroos, Sesk Fabreqas kimi ulduz futbolçularla müqayisə etmək düzgün deyil”.
