“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal maraqlı fikirlər səsləndirib.
Korner.az-ın məlumatına görə, o, hesab edir ki, komandasında stabil çıxış edən forvard yoxdu. Təcrübəli mütəxəssisin sözlərinə görə, “mankunyanlar”ın hücumçularından heç biri mövsüm ərzində 20 dəfə fərqlənə bilməz:
“Bu həqiqətdi və mən inkar edə bilmərəm. Nə van Persi, nə Falkao, nə də ki, Runi bir mövsüm ərzində 20 qol vura bilməz. Hazırda “Mançester Yunayted”də belə bir hücumçu yoxdu”.
