“Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal Beynəlxalq Çempionlar Kubokunda “Barselona” üzərindəki 3:1 hesablı qələbədən sonra maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis sözügedən qarşılaşmada müdafiəçi Markos Roxo və yarımmüdafiəçi Anxel Di Mariyanın iştirak etməməsini belə şərh edib:
“Mən eşitdim ki, Di Mariya ABŞ-a uçmadı. Bundan artıq heç nə deyə bilmirəm. Roxo da həmçinin təyyarədə deyildi. Bilmirəm, niyə Di Mariya bizimlə deyil…”.
