“Mançester Yunayted”in hollandiyalı təcrübəli hücumçusu Robin van Persi Premyer Liqanın XXVI turu çərçivəsində keçirilən “Suonsi” ilə matçda ciddi xəsarət alıb.
Korner.az-ın məlumatına görə, bu xəbər ingilis mətbuatında yer alıb. 32 yaşlı hücumçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Van Persi bu mövsüm “qırmızı şeytanlar”ın heyətində çıxdığı 26 matçda 10 qol vurmağı bacarıb.
