“Fənərbağça”nın hücumçusu Robin van Persi yayda komandasını dəyişə bilər.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu özü buna işarə vurub.
Türkiyə mətbuatına açıqlama verən 32 yaşlı forvard tez-tez əvəzlənməsindən narahatdı. O, vəziyyətin bu cür davam edəcəyi təqdirdə komandadan ayrılacağını istisna etməyib:
“Fənərbaxça” mənim üçün çox pul xərcləyib. Buna görə də komandaya kömək etmək istəyirəm. Lakin hər oyunda əvəzlənmək və ya sonradan meydana daxil olmaq məni narahat edir. Bu cür effektli ola bilmirəm. Bu vəziyyətə bir əlac tapmaq lazımdı”.
