Van Persi bu klunu çalışdıra bilər
19.02.2025 , 22:15

“Feyenoord” növbəti mövsüm üçün baş məşqçi axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, klub komandaya “Herenven”dən Robin van Persini gətirmək istəyir.
Van Persi əvvəllər “Feyenoord”un U18 komandasını çalışdırıb.
Mütəxəssis bu mövsüm 23 matçda komandasına 27 xal qazandırmağı bacarıb.
“Herenven” bu matçlarda 7 dəfə qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 10 dəfə məğlubiyyətlə üzləşib. Komanda hazırda Erediviziyada 9-cu yerdədir.
