“Mançester Yunayted”in hücumçusu Robin Van Persi “Beşiktaş”ın təklifini rədd edib.
Korner.az-ın məlumatına görə, “Qara qartal” Van Persiyə görə “Mançester Yunayted”ə 7 milyon funt, futbolçunun özünə isə yüksək əməkhaqqı ilə uzunmüddətli müqavilə təklif edib.
Lakin holland forvard təkliflə razılaşmayıb. 31 yaşlı forvard bəyan edib ki, Türkiyədə oynamaq fikrində deyil.
