İngiltərədə futbol mütəxəsisləri tərəfindən "ilin futbolçusu" naminasiyasına layiq görülən Robin Van Persi "Arsenal"dan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, mütəxəsislərin düzənlədiyi mətbuat konfransında danışan hollandiyalı futbolçu bunları deyib: "Klubumla yeni sözləşmə haqqında hələ heçnə danışmamışam. Məsələ ilə bağlı rəhbərliklə görüşəcəm. Qalıb qalmayacağım ondan sonra məlum olacaq. "Arsenal" həqiqətən də möhtəşəm klubdur. Əgər mən bu gün buralara gəlmişəmsə, hamsını "Arsenal"a borcluyam. Əgər burdan ayrılsam, tam əminliklə deyə bilərəm ki, sonsuza qədər ürəyim "Arsenal"la döyünəcək.
