Van Deyk müqaviləsinin uzadılması ilə bağlı açıqlama verdi
21.10.2024 , 19:04

“Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatacaq Vircil van Deyk yeni müqavilə ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, ulduz oyunçu klubu ilə danışıqların yekunlaşmadığını bildirilib:
“Menecerim klubla danışıqlarını davam etdirir, amma bilmirəm, gələcəkdə nə olacağını görəcəyik. Bütün diqqətim “Liverpul”dadır. Yeni müqavilə bağlı heç bir fikrim yoxdur. Yalnız onu deyə bilərəm ki, danışıqlar gedir”.
“Liverpul” Vircil van Deyki 2018-ci ilin yanvarında “Sauthempton”dan heyətinə qatıb. İngiltərə klubunda 280 oyun keçirən hollandiyalı müdafiəçi 24 qol vurub, 12 məhsuldar ötürmə edib.
