Van Deyk ərəblərin hədəfində
13.03.2025 , 14:30

“Liverpul”un ulduzu Vircıl van Deyk ərəblərin transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, hollandiyalı futbolçu ilə “Əl-Hilal” klubunun maraqlandığı iddia olunur.
Ərəbistan təmsilçisi 33 yaşlı müdafiəçi üçün 20 milyon avrosundan keçməyə hazırdır.
Futbolçu hələlik qərarını verməyib. Onun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin yayına qədərdir.
