Van der Vart: “Real” üçün çətin olacaq
27.02.2019 , 20:42

Hollandiyalı futbolçu Rafael Van der Vart bu gecə baş tutacaq İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb.
Bir zamanlar “Real”da çıxış edən 36 yaşlı futbolçu sabiq komandası üçün oyunun çətin keçəcəyini bildirib.
“Real” üçün çox ağır oyun olacaq. Rəqibin heyətində Messi kimi oyunçu var. Onu saxlamaq çox çətin məsələdir. Messinin “Sevilya”ya qarşı keçirdiyi oyuna baxdım. Çox sürətli və dinamik oyun göstərdi. “Real” müdafiəsi çox diqqətli olmalıdır”.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə gecə saat 00:00-da baş tutacaq.
