Van Der Sar: “Kroyfu xoşbəxt etmək istəyirik”
29.04.2019 , 20:18

Hollandiyalı əfsanəvi qapıçı Van Der Sar jurnalistlərə açıqlama verib.
“Ayaks” klubunun idman direktoru qazanılan qələbə və oynanılan oyun ilə mərhum futbolçu Yohan Kroyfu xoşbəxt etmək istədiklərini deyib.
“Pul və şan-şöhrət hələ hər şey demək deyil. Biz gənc və istəkli oyunçulara sahibik. Kroyf sağ olsaydı, oynadığımız futbol ilə onu xoşbəxt etmək istərdik.”
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” – “Ayaks” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
