“Mançester Yunayted”in keçmiş qapıçısı Edvin van der Sar aktiv futbola qayıdır.
Korner.az-ın məlumatına görə, veteran qapıçı karyerasını başladığı Hollandiya 4-cü divizyonunun təmsilçisi “Nordveyk”in bir matçlıq qapısını qoruyacaq.
Yerli mətbuatının yazdığına görə, qapıçılarının zədələnməsi səbəbilə çətin vəziyyətə düşən “qırmızı-ağlar” 45 yaşlı qolkiperə müraciət edib. Hollandiya Futbol Federasiyası isə matçda iştirak etməsi üçün Edvinə razılıq verib.
