Hollandiya millisinin sabiq qapıçısı Edvin van der Sar “Ayaks”ın baş direktoru vəzifəsində təyin edilib.
Korner.az-ın məlumatına görə, bu barədə Amsterdam klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, van der Sar futbolçu olduğu dönəmdə 1990-1999-cu illərdə “Ayaks”da çıxış edib. O, 2011-ci ildə futbolçu karyerasını başa vurub.
