Çempionlar liqası

Van Dayk: “Messini necə dayandıracağıq?”

18.04.2019 , 17:49

“Liverpul” klubunun müdafiəçisi Vircil Van Dayk Çempionlar Liqasının yarımfinalında “Barselona” klubuna qarşı keçirəcəkləri oyunla bağlı danışıb.

Hollandiyalı müdafiəçi katalonlarla oyunların çətin keçəcəyini və xüsusilə Lionel Messiyə qarşı diqqətli oynamalı olduqlarını deyib.

“Messi’ni necə dayandıracağıq? Bunu necə edəcəyimizi heç bilmirəm. Çətin olacaq, çünki o, dünyanın ən yaxşısıdır”.

Qeyd edək ki, yarımfinalın ilk görüşü mayın 1-i İspaniyada keçiriləcək.

Son yazılar

Yuxarı