Van Dayk: “Messi fərqli biridir, amma…”
30.04.2019 , 10:50

“Liverpul” klubunun müdafiəçisi Vircil Van Dayk Çempionlar Liqasının yarımfinal matçında “Barselona”ya qarşı keçirəcəkləri görüşlə bağlı danışıb.
Hollandiyalı müdafiəçi Messiyə qarşı oynamağın onlara çox çətinlik törədəcəyini deyib.
“Messi fərqli oyun tərzinə malikdir. Əgər özünə inamı yüksək səviyyədirsə, onu saxlamaq çətin məsələdir. Ancaq Messiyə qarşı tək mən oynamayacam. Biz komanda halında ona qarşı müdafiə olunacağıq.”
Qeyd edək ki, mayın 1-i keçiriləcək yarımfinalın ilk matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
