Van Dayk: “Bərbad nəticə əldə etdik”
25.03.2019 , 10:30

“Avro-2020″nin seçmə mərhələsi çərçivəsində C qrupunda Almaniya millisi səfərdə Hollandiya yığmasına 3:2 hesabı ilə qalib gəlib.
Oyundan sonra mətbuata danışan meydan sahiblərinin təcrübəli müdafiəçisi Vircil Van Dayk hesabın ədalətli olmadığını deyib.
“İkinci hissə çox yaxşı oynadıq və qollar vurduq. Ən azı 1 xal qazanmalı idik. Bu, bərbad bir nəticə oldu”.
Qeyd edək ki, Hollandiya millisi 23 illik aradan sonra doğma meydanda Almaniyaya məğlub oldu.
