Van Bronkxorstun əvəzinə Stam
06.03.2019 , 13:22

Hollandiyanın “Feyenoord” klubunun yeni baş məşqçisi bəlli olub.
Rotterdam təmsilçisi mövsümün sonunda komandanı tərk edəcək Covanni van Bronkxorstun əvəzinə Yap Stamla anlaşıb. Hollandiya futbolunun əfsanələrindən olan Stam “Feyenoord”da növbəti mövsümdən işləməyə başlayacaq.
46 yaşlı mütəxəssis hazırda Erediviziya təmsilçisi “Zvolle”ni çalışdırır.
