Valverde Uruqvay millisinin yoxlama oyunlarında iştirak etməyəcək
07.10.2025 , 10:18
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Uruqvay millisinin yaxın günlərdə keçirəcəyi yoxlama oyunlarında iştirak etməyəcək.
Korner.az xəbər verir ki, uruqvaylı futbolçunun milliyə çağırılmamasının səbəbi zədə və ya sağlamlıq problemi deyil. Bu qərar Valverde ilə yığmanın baş məşqçisi Marselo Byelsa arasında aparılan şəxsi söhbətdən sonra qəbul edilib.
Uruqvay yığması oktyabr ayında iki yoldaşlıq görüşündə Dominikan Respublikası və Özbəkistan komandalarına qarşı oynayacaq.
29 yaşlı yarımmüdafiəçi indiyədək milli formada 71 oyun keçirib və 8 dəfə fərqlənib.