Valverde: “Rəqibin oyunçuları məni qorxudur”
16.04.2019 , 17:18

“Barselona” klubunun baş məşqçisi Ernesto Valverde “Mançester Yunayted” ilə keçiriləcək görüşdən əvvəl mətbuata açıqlamalar verib.
Çempionlar Liqasında 1/4 finalın ilk görüşündə səfərdə minimal hesabla qalib gələn katalonların çalışdırıcısı ehtiyatlı danışıb.
“Mançester Yunayted” klubunun futbolçuları məni çox qorxudur. Onların əzmi, istəyi və hirsli olması oyuna öz təsirini göstərəcək. İlk görüşdə sərfəli nəticə əldə etmişik, amma yenə də ehtiyatı əldən vermək olmaz. Rəqibə hörmət edirik.”
Qeyd edək ki, “Barselona” – “Mançester Yunayted” görüşü bu gecə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
