Valverde: “Modriçi təbrik edirik, amma məntiqsiz sıralama oldu”
05.12.2018 , 14:27

Barselona”nın baş məşqçisi Ernesto Valverde “qızıl top”u qazanmayan Lionel Messi barədə açıqlama verib.
54 yaşlı mütəxəssis seçimi məntiqsiz hesab edib: “Hər kəsin öz fikri var. Luka Modriçi təbrik edirik, amma bu, çox məntiqsiz sıralama oldu”.
Qeyd edək ki, Messi “qızıl top” mükafatının sıralamasında 5-ci olub. Qalib adına isə “Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.
