Əziz uşaqlar və valideynlər!
AAAF Park Yaşayış Kompleksi 10 may – Gül Bayramı münasibətilə yeni müsabiqə elan edir.
May ayının 10-da AAAF Parka Yaşayış Kompleksinə maraqlı qonaqlar təşrif buyuracaqlar. Uşaqların sevimlilərindən olan “Maşa və ayı”, “Mikki və Mini”, “Calliou”, “Pepe”, “Şrek” və “Limon” personajları bütün gün ərzində uşaqlar və validenyləri salamlayaraq, onlara əylənərək xoş dəqiqələr ərmağan edəcəklər.
Müsabiqə də məhz bu personajlarla bağlıdır. Kim onlardan istənilən biri ilə şəkil çəkdirib, AAAF Park-ın rəsmi “Feysbuk” (https://www.facebook.com/aaafpark) səhifəsinə göndərsə və nəticədə kimin şəkli daha çox “bəyəndim” toplasa, “Limulənd Uşaq Əyləncə Mərkəzi”ndən hədiyyə qazanacaqdır.
Şəkilləri ən son 11 may, saat 15:00-a qədər göndərmək tələb olunur.
Qaliblər 15 may 2015-ci il tarixində https://www.facebook.com/aaafpark feysbuk səhifəmizdə elan olunacaqdır.
Əziz valideynlər, bu şansı əldən verməyin! Uşaqlarınızı əyləndirməyə tələsin!
Hər birinizi AAAF Parkda gözləyirik!
