"Qarabağ"ın Çempionlar Liqası çərçivəsində "Valetta" ilə səfər oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun direktoru Əmrah Çelikəl özünün feysbuk profilində yazıb.
Çelikəl matçın "İdman Azərbaycan" telekanalı vasitəsilə yayımlanacağını qeyd edib.
Xatırladaq ki, "Qarabağ" azarkeşləri oyunu yayılmlamamasına görə adıçəkilən telekanala qarşı feysbukda etiraz kampaniyası başlatmışdılar.