“Yuventus” qapıçısı Neto ilə yollarını ayırıb.
27 yaşlı qolkiper karyerasını “Valensiya”da davam etdirəcək. “Qoca sinyora” bu transfer üçün “yarasalar”dan 7 milyon avro təzminat alıb.
Neto yeni komandası ilə 4 illik müqavilə bağlayıb. Onu transfer etmək istəyən komanda isə 80 milyon avrosunda keçməlidir.
27 yaşlı əlcək sahibi 2015-ci ildən “Yuventus”da çıxış edirdi.
