İspaniyanın “Valensiya” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, komandanı yeni mövsümdən Pako Ayestaran çalışdıracaq.
53 yaşlı çalışdırıcı bu ilin mart ayında istefaya göndərilən Qari Nevili əvəzləyib. Mövsümün sonuna bir neçə tur qalmış müvəqqəti olaraq baş məşqçi vəzifəsinə gətirilən mütəxəssisin işi rəhbərliyi razı salıb.
