“Valensiya”nın futbolçusu koronavirusa yoluxdu
17.01.2021 , 16:59
“Valensiya”nın bir futbolçusunda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçudan götürülən testin nəticəsi müsbət olub. Həmin oyunçunun adı açıqlanmayıb.