“Valensiya”dan yeni transfer
13.01.2025 , 20:30

“Valensiya” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Bornmut”dan Maks Aaronsu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli sağ cinah müdafiəçisi mövsümün ikinci yarısından yeni komandasında çıxış edəcək.
“Valensiya” 9 milyon avro ödəməklə 25 yaşlı oyunçunu birdəfəlik ala da bilər.
