“Valensiya”dan yeni transfer
04.01.2025 , 21:22
“Valensiya” “Real Sosyedad”ın hücumçusu Umar Sadiqi heyətinə qatdığını açıqlayıb.
Korner.az xəbər verir ki, 27 yaşlı nigeriyalı futbolçu icarə əsasında mövsümün sonuna qədər “yarasalar”ın uğurları üçün çalışacaq.
O, cari mövsümdə “Real Sosyedad”ın heyətində 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.