“Valensiya”da yeni müqavilə
23.07.2020 , 19:53

“Valensiya”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, La Liqa klubu müdafiəçisi Hüqo Gilyamonla sözləşmənin müddətini uzadıb.
20 yaşlı ispan futbolçu ilə 2023-cü ilin iyununa qədər yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Gilyamon “Valensiya”nın yetirməsidi.
