“Valensiya”da yeni baş məşqçi
28.07.2020 , 10:59

“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Xavi Qarsiya çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İspaniyalı çalışdırıcı son dəfə İngiltərənin “Uotford” klubunun baş məşqçisi olub.
