İspaniya La Liqasının 27-ci turunda “Valensiya” “Sportinq”i (Xixon) qəbul edib.
Korner.az-ın məlumatına görə, qarşılaşmada qalib müəyyənləşməyib.
Matçın 60-cı dəqiqəsində qonaqlar Duje Kop ilə hesabı açıb. Oyunun 85-ci dəqiqəsində isə ev sahibi komanda Munir Əl-Hədadi ilə hesabda tarazlığı bərpa edib. Yekun hesab: “Valensiya” 1-1 “Sportinq”
Bu nəticədən sonra, “Valensiya” 30 xalla 13-cü sıradadır. “Sportinq” isə 18 xalla 19-cu sırada qərarlaşıb.
