Ekvador millisinin futbolçusu Enner Valensiya karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, Meksikanın “Paçuka” klubunun forvardı Londonun “Vest Hem” klubuna transfer oluna bilər. Hər iki klub arasında danışıqların ilkin məlhələsi başa çatıb. Futbolçunun özü də İngiltərədə oynamağın tərəfdarıdı.
Xatırladaq ki, 25 yaşlı forvardın ulduzu DÇ-2014-də parlayıb və 3 oyuna 3 qol ilə yadda qalıb.