“Valensiya” bu təklifi rədd etdi
06.02.2025 , 11:57

Transfer çalışmalarını davam etdirən “Qalatasaray”a İspaniyadan pis xəbər gəlib.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi “Valensiya”da çıxış edən Yarek Qasiorovski üçün rəsmi təklif göndərsə də, La Liqa klubu bunu dəyərləndirməyib.
Bu barədə “Relevo” nəşri məlumat yayıb.
Belə ki, Türkiyə klubunun 15 milyon avroluq təklifini nə “Valensiya”, nə də 19 yaşlı ispaniyalı müdafiəçi qəbul edib.
